16.05.2026-cı il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən “Gənc Qəhrəmanlarımızı Tanıyaq!” layihəsi çərçivəsində Qazax Olimpiya İdman Kompleksində gənclərin iştirakı ilə bilik yarışı təşkil olunub.
"Cebheinfo.az" xəbər verir ki. tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Yarışda ümumilikdə 6 komanda — “Nicat Nəsibli”, “Qarabağ”, “Polad Həşimov”, “Azər Yusifli”, “Xudayar Yusifzadə” və “Şuşa” komandaları olmaqla 38 gənc iştirak edib. İştirakçılar bilik və bacarıqlarını nümayiş etdiriblər.
Tədbirin əsas məqsədi 44 günlük Vətən müharibəsi və sonrakı dövrdə şəhid olmuş, o cümlədən Qazax rayonundan olan 59 şəhidin xatirəsinin əbədiləşdirilməsi, onların həyat və qəhrəmanlıq yolunun gənc nəslə tanıdılması, şəhid ailələrinə mənəvi dəstəyin göstərilməsi və gənclərin milli-vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır.
Çıxış edən “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev layihə və donor təşkilat barədə məlumat verib. O bildirib ki, layihənin məqsədi Qazax rayonundan olan şəhidlərin qəhrəmanlıq salnaməsini gənclərə daha yaxından tanıtmaq, onların vətənə bağlılığını və milli dəyərlərə hörmətini gücləndirməkdir. Onun sözlərinə görə, layihə çərçivəsində veteran və qazilərlə görüşlər, bilik yarışı və şahmat turnirinin təşkili nəzərdə tutulur.
Daha sonra Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Tural Mustafayev çıxış edərək Azərbaycan Ordusunun gücündən və milli birliyin əhəmiyyətindən danışıb. O, gəncləri vətənə sədaqət və dövlətçilik dəyərlərinə sadiq olmağa çağırıb, şəhidlərin qəhrəmanlıq nümunəsinin hər zaman örnək olduğunu vurğulayıb.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən qaliblər aşağıdakı kimi müəyyənləşib:
Qalib komandalar medal, diplom və hədiyyələrlə təltif olunublar.
Tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.
"Cebheinfo.az"