AZ

Pakistanda bazarda partlayış: 3 ölü, 4 yaralı

Pakistanda bazarda törədilmiş partlayış nəticəsində 3 nəfər həlak olub, 4 nəfər yaralanıb. Hadisə Xayber Paxtunxva əyalətinin Cənubi Vəziristan rayonunun inzibati mərkəzi Vana şəhərində baş verib.

Polisin məlumatına görə, hücum əldəqayırma partlayıcı qurğudan istifadə edilərək həyata keçirilib. Hədəf yerli qəbilə liderinin avtomobili olub. Cənubi Vəziristanın polis rəisi Məhəmməd Tahir ölənlər arasında avtomobilinə hücum edilən Əhmədzai qəbiləsinin başçısının da olduğunu açıqlayıb. Əhmədzai qəbiləsi region əhalisinin 60 faizdən çoxunu təşkil edir. Tahir həmçinin hadisə ilə bağlı artıq araşdırma aparıldığını bildirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin səbəblərini araşdırır və hücumda iştirak edən şəxsləri müəyyənləşdirir.

Hazırda heç bir qrup hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
3
1
azerbaijan-news.az

2Mənbələr