AZ

Yermak girov müqabilində azadlığa buraxıldı

Ukrayna prezidentinin aparatının keçmiş rəhbəri Andrey Yermak məhkəməyəqədər həbsdən girov müqabilində azadlığa buraxılıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb

Qeyd olunur ki, o, 140 milyon qrivna (5 390 000 AZN) girov müqabilində azadlığa buraxılıb. Yermak jurnalistlərin suallarını cavablandırmaqdan çəkinib, lakin xüsusi kamerada olduğunu təsdiqləyib. Məlumata görə, Ukrayna prezident aparatının keçmiş rəhbəri məhkəməyəqədərki təcridxanada dörd gecə keçirib.

"Cebheinfo.az"

Seçilən
1
4
cebheinfo.az

5Mənbələr