AZ

ADY 4 ayda 3,5 milyondan çox sərnişin daşıyıb

"Azərbaycan Dəmir Yolları" QSC tərəfindən bu ilin yanvar-aprel aylarında 3 milyon 597 min 854 sərnişin daşıyıb.

Banco.az bu barədə ADY-ə istinadən xəbər verir.

    Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 21% çoxdur.

    Təkcə bu ilin aprel ayında 1 milyon 29 min 184 sərnişin daşınıb ki, bu da illik müqayisədə 14% artım deməkdir.

    Onu da qeyd edək ki, hesabat dövründə ADY ilə səfər etmiş xarici turistlərin sayı isə 8500 nəfəri ötüb.

    Seçilən
    0
    7
    banco.az

    8Mənbələr