AZ

Macarıstanda siyasi gərginlik:Prezident geri addım atmadı

Macarıstan Prezidenti Tamaş Szujok yeni Baş nazir Peter Magyarın istefa tələbinə yox cavabı verib.

Redaktor.az bu haqda xarici mediaya istinadla xəbər verir.

Prezident bildirib ki, istefa verməsi üçün heç bir hüquqi və ya konstitusiya əsası yoxdur. O qeyd edib ki, Konstitusiyaya sadiq qalacağına and içib və fəaliyyətini qanun çərçivəsində davam etdirəcək.

Şujok həmçinin deyib ki, Peter Magyar onu vaxtından əvvəl vəzifədən getməyə razı salmağa çalışıb. Lakin prezident hazırkı vəzifəsini davam etdirmək niyyətində olduğunu vurğulayıb.

Onun sözlərinə görə, tərəflər arasındakı əsas fikir ayrılığı prezident postunun səlahiyyətləri və Konstitusiyaya yanaşma məsələləri ilə bağlıdır.

Aytəkin TOFİQQIZI

Seçilən
16
1
redaktor.az

2Mənbələr