BAKI, 18 may. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan rusiyalı oliqarx və “Güclü Ermənistan” blokunun baş nazirliyə namizədi Samvel Karapetyanı oğurluqda ittiham edib.
Teleqraf xəbər verir ki, bu barədə o, İrəvanda seçiciləri ilə görüşündə bildirib.
“Kaluqadan olan o elektrik oğrusuna baxın. O, bağçalarımızdan əlavə elektrik enerjisi oğurladı, sakinlərimizdən on milyardlarla dramlıq əlavə elektrik enerjisi oğurladı, indi də oğurlanmış pulları seçki rüşvəti kimi xalqa paylaya biləcəyini düşünür.
Amma artıq vaxtilə qəpik-quruşa özəlləşdirdiyi “Ermənistanın Enerji Şəbəkələri” onun əlindən alınıb. Bu qurum dövlətə məxsus olacaq, bu qaçılmazdır, heç bir yol yoxdur. Yeganə yol əks-inqilab həyata keçirib onu geri ala bilməkdir”, - Nikol Paşinyan vurğulayıb.