AZ

Azər Bağırovun gətirdiyi futbolçularda da “Kəpəz”dən gedir?

sport24.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Kəpəz"də baş məşqçi Azər Bağırovla bağlı verilən qərardan sonra bir neçə futbolçunun komandadakı gələcəyi sual altına düşüb. Sport24.az-ın əldə etdiyi məlumata görə, 41 yaşlı mütəxəssisin mövsümün gedişində heyətə cəlb etdiyi bəzi oyunçularla yollar ayrıla bilər.

Söhbət Mate Abuladze, Rauf Hüseynli və Rəhman Hacıyevdən gedir.

Belə ki, Bağırov postunda qalacağı halda bu futbolçularla yola davam etmək istədiyini rəhbərliyə bildirmişdi. Lakin klub rəhbərliyi ilə aparılan danışıqlar müsbət nəticələnmədiyi üçün o, son turda "Neftçi" ilə oyundan sonra kollektivlə vidalaşacaq.

Adıçəkilən futbolçular isə məhz Azər Bağırovun istəyi ilə heyətə cəlb olunmuşdu. Hazırda onların "Kəpəz"də qalıb-qalmayacağı sual altındadır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
45
sport24.az

1Mənbələr