AZ

Nazir Rəşad Nəbiyevin vətəndaş qəbulunun vaxtı dəyişdi

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 22 may 2026-cı il tarixində, saat 09:00-da Xızı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Xızı, Abşeron, Zəngilan, Qubadlı rayonları və Sumqayıt şəhər sakinlərini qəbul edəcək.

AzNews.az xəbər verir ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahələrində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula 21 may 2026-cı il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

Seçilən
28
7
aznews.az

9Mənbələr