AZ

67 yaşlı qadın inəklərin hücumu nəticəsində ÖLDÜ

Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Avstriyanın Tirol bölgəsində dağlıq ərazidə baş verən faciəli hadisə nəticəsində 67 yaşlı qadın inəklərin hücumu nəticəsində həyatını itirib.

Redaktor.az xəbər verir ki, hadisə Avstriya Alpləri ərazisində, otlaq sahəsində qeydə alınıb. Məlumata görə, qadın həyat yoldaşı ilə birlikdə yürüş edərkən ərazidə olan iribuynuzlu heyvan sürüsünün hücumuna məruz qalıb. Onun 65 yaşlı həyat yoldaşı isə ağır xəsarət alaraq helikopter vasitəsilə xəstəxanaya çatdırılıb.

Hadisə yerində olan qadın aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib. Hücumun hansı səbəbdən baş verdiyi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
redaktor.az

2Mənbələr