AZ

Türkiyəli müğənni WUF13 də: Qarabağa getməyi çox arzulayıram

ain.az bildirir, Milli.az saytına əsaslanaraq.

"Kahramanmaraş zəlzələsində azərbaycanlı qardaşlarımızdan böyük yardım gördük. Azərbaycanlılara təşəkkür edirik" .

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu məşhur türkiyəli müğənni Haluk Levent Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Qarabağa getməyi çox arzulayır və sentyabr ayında Bakıda konserti olacaq.

"Mən "Ahbap" fondunun sədri olaraq ilk növbədə bunu demək istəyirəm ki, dövlətin bütün qurumları orada fəaliyyət göstərir. Ən yaxın zamanda əvvəlki günlərimizə qayıdacağımıza inanırıq. Gözəl və təhlükəsiz şəhərlər güclü infrastruktur və sağlam qurumların imzası ilə qurulur. Qanunlara uyğun, dayanıqlı binalar tikilməlidir. Bu, şəhərlərin gələcəyi üçün çox önəmlidir. Bu forumdan gözləntilərim var. Dünyadakı yeni texnologiyalar, insanlara və cəmiyyətə huzur, rahatlıq gətirən yeniliklər şəhərsalma sahəsinə də qazandırılmalıdır", - deyə Haluk Levent qeyd edib.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
news.milli.az

1Mənbələr