AZ

Naxçıvanda vergi ödəyicilərinin sayı 7,3% artıb

Bu il mayın 1-nə Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan vergi ödəyicilərinin sayı 55 424-ə çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,3% çoxdur.


Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatında bildirilir.


Vergi ödəyicilərinin 94,7%-ni fiziki şəxslər, 5,3%-ni isə hüquqi şəxslər və digər təşkilatlar təşkil edib.
Son bir ildə fərdi sahibkarların sayı 7,5%, idarə, müəssisə və təşkilatların sayı isə 4,7% artıb.


Martın sonuna Naxçıvanda qeydiyyatda olan kommersiya qurumlarının sayı illik müqayisədə 14,6% artaraq 1 863-ə çatıb. Onların 89,1%-i elektron qaydada qeydiyyata alınıb.

Aytac Zeynalova

Seçilən
1
2
anews.az

3Mənbələr