AZ

Slovakiya Azərbaycanla 10 illik qaz müqaviləsi imzalamaq istəyir

“Slovakiya Azərbaycanla qaz tədarükü üzrə ən azı 10 illik müqavilə imzalamaq niyyətindədir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Slovakiyanın baş nazirinin müavini və ətraf mühit naziri Tomaş Taraba Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyasında deyib.

O bildirib ki, Slovakiya enerji təhlükəsizliyinin gücləndirilməsi məqsədilə Azərbaycanla uzunmüddətli əməkdaşlıqda maraqlıdır.

Nazir vurğulayıb ki, nəzərdə tutulan müqavilə qaz tədarükünün sabitliyinə və Avropanın enerji bazarında təhlükəsizliyin təmin olunmasına töhfə verəcək.

Bizim.Media

Seçilən
2
bizim.media

1Mənbələr