AZ

Uqanda WUF13-də gənclərə mənzil sahəsində maliyyə dəstəyinin genişləndirilməsinə çağırış edib

Uqanda gənclərin innovativ təşəbbüslərini bələdiyyə səviyyəsindən qlobal səviyyəyə qədər davamlı və proqnozlaşdırıla bilən maliyyələşdirmə mexanizmləri hesabına dəstəkləməyə və genişləndirməyə çağırış edib.

"Report"un məlumatına görə, bunu gəncləri təmsil edən Uqanda nümayəndəsi Conatan Riki Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Assambleyaların birgə yekun dialoqunda bəyan edib.

Onun sözlərinə görə, mənzil və şəhər planlaması inklüzivlik prinsipləri və "15 dəqiqəlik şəhərlər" konsepsiyası əsasında qurulmalıdır.

"Mənzil nəqliyyat, təhsil, səhiyyə, məşğulluq, təhlükəsiz ictimai məkanlar və sosial xidmətlərlə əlaqələndirilməlidir", - Riki vurğulayıb.

O, həmçinin qeyd edib ki, mənzil əlçatanlığı gənclər üçün xüsusi maliyyə alətləri, o cümlədən icarə dəstəyi, mikrokreditləşdirmə, mənzil alışı və birgə yaşayış proqramları vasitəsilə dəstəklənməlidir.

Riki vurğulayıb ki, gənclər müzakirələrdən praktiki fəaliyyətə keçmək niyyətindədir.

"Biz gənclər, müdafiəçilikdən fəaliyyətə keçməyi öhdəmizə götürürük. Biz şəhərlərimizdə innovasiyaları tətbiq etməyə, gənclərin təşəbbüslərini və həll yollarını gücləndirməyə davam etmək niyyətindəyik", - o bəyan edib.

Seçilən
1
1
hit.az

2Mənbələr