Gürcüstanla Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir, ölkələrimiz arasında strateji tərəfdaşlıq mövcuddur.
AzNews.az xəbər verir ki, bunu Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili ölkənin nümayəndə heyətinin Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirakını şərh edərkən deyib.
O, Azərbaycanın Gürcüstan üçün mühüm tərfədaş olduğunu bildirib.
"Ölkələrimiz arasında prioritet məsələlər üzrə məlumat mübadiləsi əlbəttə ki, vacib əhəmiyyət kəsb edir", - nazir əlavə edib.