ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İsrail ordusunun atəşkəsə baxmayaraq Livanın cənubundakı yaşayış məntəqələrinə təşkil etdiyi hava hücumları nəticəsində 8 nəfər həyatını itirib.
"Cebheinfo.az" xəbər verir ki, İsrail ordusu 17 apreldə qüvvəyə minən və 15 mayda 45 gün uzadılan atəşkəsə baxmayaraq Livana hücumlarını davam etdirir.
Livan Səhiyyə Nazirliyi bildirib ki, Sur şəhərinə bağlı Tayr Falsay qəsəbəsinə İsrail tərəfindən təşkil edilən hücum nəticəsində 1-i uşaq olmaqla 3 nəfər ölüb, 3-ü uşaq olmaqla 8 nəfər yaralanıb.
Tayr Diba qəsəbəsinə endirilən zərbədə isə 1-i uşaq olmaqla 2 nəfər həyatını itirib, aralarında 1 qadının da olduğu 3 nəfər yaralanıb.
Zərariyyə və Cəbşit qəsəbələrinə təşkil edilən hücumlarda isə ümumilikdə 4 nəfər yaralanıb.
Livanın rəsmi NNA agentliyinin xəbərinə görə, İsrail təyyarələri axşam saatlarından etibarən Coya, Kefer Sir, Kusaybə, Tebnin, Ferun və Suhmur qəsəbələrini hədəf alıb.
Coyaya edilən hücum nəticəsində 3 nəfərin öldüyü bildirilib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.