Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
ABŞ Prezidenti Donald Trampın sosial media vasitəsilə İrana yeni bir xəbərdarlıq etməsindən sonra neftin qiyməti bazar ertəsi səhəri yüksəlib. Brent markalı xam neftin iyul ayı üçün fyuçersləri 1,81% artaraq bir barel üçün 111,27 dollara, WTI markalı xam neftin iyun ayı üçün fyuçersləri isə 2,15% artaraq bir barel üçün 107,69 dollara çatıb. İnvestorlar Prezident Trampın İrana son mesajına reaksiya veriblər.
Məlumatı “Euronews” verib.
Bazar günü Tramp sosial media platformasın yazıb: “İran üçün vaxt bitir və onlar tez hərəkət etməlidir. Əks halda onlardan heç nə qalmayacaq. Zaman keçir!”
P.ƏMİRCANOV
XQ