AZ

"Maşın Şou" yenidən başlayır

"Maşın Şou" yenidən tamaşaçıların qarşısına çıxmağa hazırlaşır.

Far.Az xəbər verir ki, bu barədə "Xəzər" TV-nin baş prodüseri Toğrul Məmmədov paylaşım edib.

O, tarix açıqlamasa da, "loading" qeydi ilə layihənin yaxın zamanda başlayacağına işarə edib.

Qeyd edək ki, layihənin aparıcısı və rəhbəri Murad Dadaşovdur. İlk dəfə 2005-ci ildə yayımlanan şou illər ərzində Lider TV, ATV və ANS telekanallarında efirə gedib.

Seçilən
16
1
far.az

2Mənbələr