“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova türk dövlətləri arasında QHT əməkdaşlığı və həmrəylik mövzusunda fikirlərini açıqlayıb.
QHT.az həmin açıqlamanı təqdim edir:
"Bu gün Bakıda Azərbaycan Respublikasının QHT Agentliyinin təşkilatçılığı və Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının tərəfdaşlığı ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu keçirildi.
Forum çərçivəsində qardaş Qırğızıstandan olan dəyərli qonağımız Beishenbekov Tolobek ilə görüşümüz baş tutdu. Görüş zamanı türk dünyasında vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlıq, ortaq dəyərlərin qorunması və gələcək birgə layihələr ətrafında fikir mübadiləsi aparıldı. Türk dövlətləri arasında həmrəyliyin və qarşılıqlı dəstəyin gücləndirilməsi baxımından belə platformaların əhəmiyyəti xüsusi vurğulandı.
Forumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstandan vətəndaş cəmiyyəti nümayəndələri iştirak etdilər".