AZ

Qlobal Cənub QHT Platforması: Azərbaycanın “ağıllı şəhər” təcrübəsi digər ölkələr üçün nümunədir

Bakıda keçirilən beynəlxalq tədbirdə Pakistan, Livan, Nigeriya və Omandan olan iştirakçılar Azərbaycanın Qarabağda həyata keçirdiyi “ağıllı şəhər” və “ağıllı kənd” layihələrini gələcəyin dayanıqlı şəhər modeli kimi qiymətləndiriblər.

Qlobal Cənub QHT Platformasının baş katibi Fuad Kərimli bildirib ki, tədbir su ehtiyatlarının düzgün idarə olunması və dayanıqlı şəhərlərin qurulmasına həsr olunub.

Onun sözlərinə görə, panel müzakirələrində su ehtiyatlarının qeyri-effektiv idarə edilməsinin xüsusilə qadınlar və gənclər üzərində yaratdığı təsirlər müzakirə edilib.

Kərimli qeyd edib ki, tədbir iştirakçıları Qarabağa səfər edərək “ağıllı kənd” layihələri ilə tanış olublar.

“Çıxışçılar Prezident İlham Əliyevə bu layihələrə görə təşəkkür etdilər və Azərbaycanın smart city təcrübəsinin öz ölkələrində tətbiqi imkanlarını vurğuladılar”, - o deyib.

Gülnar Nazimqızı

Seçilən
15
anews.az

1Mənbələr