WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb.
AzNews.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış mərasiminə həsr olunmuş mətbuat konfransında bildirib.
Komitə sədri qeyd edib ki, forumun ilk günündə ziyarətçilərin sayı 21 108 nəfər təşkil edib:
"Tədbir çərçivəsində dövlət qurumları, beynəlxalq təşkilatlar, şəhər administrasiyaları, akademik dairələr və özəl sektor liderlərini bir araya gətirən dinamik sərgi təşkil olunub. Ümumi sahəsi təxminən 35 min kvadratmetr olan sərgi məkanında 85 ölkədən 260 tərəfdaş təşkilat 122 stend və pavilyonda təmsil olunur".
