
Biz iqlim dəyişikliyinə uyğunlaşmağın yollarını tapmalıyıq.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış mərasiminə həsr olunan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, WUF13-ün təkcə ilk günü çox fərqli hava şəraiti olub və bu da iqlim dəyişikliyinin bir nəticəsidir: "Hazırda Yeni Şəhərsalma Gündəliyinin ("New Urban Agenda") 10 illik icrası qiymətləndirilir. Eyni zamanda növbəti 10 ilə də nəzər yetirməliyik. Beləliklə, hesab edirəm ki, biz növbəti 10 il üçün Yeni Şəhərsalma və İqlim Gündəliyi haqqında danışmağa başlaya bilərik".
"Düzünü desəm, Bakıda böyüyən bir insan kimi, mən may ayında heç vaxt bu qədər yağış görməmişəm. Bu, təbii hal deyil. Amma qarşılaşdığımız, reallıq olan budur. Məhz buna görə də bu cür müzakirələr və forumlar vacibdir", - deyə A. Quliyev bildirib.