ain.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Futbol üzrə Azərbaycan milli çempionatının 32-ci turundan sonra ölkəmizi 2026/2027-ci illər mövsümü üzrə Avropa kuboklarında təmsil edəcək komandaların adına aydınlıq gəlib.Beləliklə, 1-4-cü yerləri tutan aşağıdakı klublar Azərbaycanı UEFA-nın Avropa kuboklarında təmsil edəcək:“Sabah” Çempionlar Liqasında;
“Qarabağ” Avropa Liqasında;
“Turan Tovuz” Konfrans Liqasında;
“Neftçi” Konfrans Liqasında.Qeyd edək ki, “Sabah” Çempionlar Liqasına 1-ci mərhələdən, “Qarabağ” Avropa Liqasına 1-ci mərhələdən başlayacaq.
“Neftçi” Konfrans Liqasına 1-ci mərhələdən, “Turan Tovuz” isə 2-ci mərhələdən başlayacaq.Avrokubokların püşkatma mərasimləri 16-17 iyun tarixlərində keçiriləcək.Avrokubok oyunları iyul ayında start götürəcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.