AZ

Aİ: Kallas Rusiya ilə danışıqlarda vasitəçi ola bilməz- ÖZƏL

Avropa İttifaqında hesab edirlər ki, Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Rusiyaya qarşı sərt mövqeyinə görə Ukrayna böhranının həlli ilə bağlı mümkün danışıqlarda vasitəçi rolunu oynaya bilməz. Olaylar.az xəbər verir ki, "Politico" nəşrinin yazdığına görə, Aİ diplomatlarından biri bildirib ki, Kallas "özünü danışıqlar aparacaq şəxslər siyahısından çıxarıb".
Məqalədə mümkün vasitəçilər sırasında Almaniyanın keçmiş kansleri Angela Merkel, Finlandiya Prezidenti Alexander Stubb və İtaliyanın sabiq baş naziri Mario Draqhinin adları çəkilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
30
olaylar.az

1Mənbələr