AZ

Dövlət Baxçalı Abdullah Öcalanla bağlı yeni təklif verdi

BAKI, 18 may. TELEQRAF

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı “Terrorsuz Türkiyə” prosesində yeni addıma və buna uyğun yol xəritəsinə ehtiyac olduğunu bildirib.

Teleqraf xəbər verir ki, ki, o Abdullah Öcalanın ləğv edilmiş PKK terror təşkilatının qurucu liderliyi əvəzinə təşkilat üzərində təsirini davam etdirə biləcəyi struktur qurulmalı olduğunu deyib.

“Terror təşkilatlarının ləğvi prosesində liderlik mexanizmində çoxsəslilik təşkilatın ləğvindən sonra başqa liderlərin ortaya çıxmasına və təşkilatın başqa adlarla yenidən təşkilatlanmasına səbəb ola bilər. Bu baxımdan, terrorun ləğvi prosesində tərəfin açıq və dəqiq şəkildə müəyyən edilməsi vacibdir. Öcalanın həbsi qüvvədə qalmaq şərtilə sosial statusla təmin olunması ləğv edilmiş PKK və komponentlərinin təşkilati fəaliyyətlərinin və ya tərksilah prosesinin daha şəffaf şəkildə həyata keçirilməsini mümkün edə bilər. “Sülh Prosesi və Siyasiləşmə Koordinatorluğu” bu istiqamətdə uyğun status təsviri ola bilər”, - Baxçalı qeyd edib.

MHP lideri koordinatorluq mexanizminin mənası və əhatə dairəsi ilə bağlı detalları da açıqlayıb:

“Bu status təşkilatın ləğvi ilə yanaşı, onun bütün törəmələri və ünsürləri ilə birlikdə qəti şəkildə aradan qaldırılmasına yönəlmiş məsələdir. Koordinatorluq PKK terror təşkilatının bütün uzantılarının, rəhbərlərinin və üzvlərinin tam şəkildə tərksilah edilməsini və ləğv prosesini koordinasiya etmək, davam edən sülh prosesinin təşkilati baxımdan pozulmasının qarşısını almaq, silah yerinə siyasət seçiminə uyğun legitim istiqamətləndirmələr etmək məqsədilə nəzərdə tutulur. Bu istiqamətdə Öcalanın koordinator statusu təşkilatın ləğvi prosesi ilə məhdudlaşacaq. Buna görə də bu koordinatorluq kürdlərin lideri və təmsilçisi olmaq, etnik və kateqorik hüquqların müdafiəçiliyi kimi məsələləri əhatə etmir”.

Seçilən
36
teleqraf.com

1Mənbələr