AZ

İsraildə edam hökmü qüvvəyə mindi

İsrail Mərkəzi Komandanlığının komandanı general-mayor Avi Blot İordan çayının qərb sahilində təhlükəsizlik tədbirləri ilə bağlı fərmana edilən düzəlişi təsdiqləyib.

Sözügedən düzəliş, Knesset tərəfindən bu yaxınlarda qəbul edilmiş terrorçular üçün ölüm cəzası qanununun tətbiqini mümkün edir.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb. 

“Terrorçular üçün ölüm hökmü haqqında qanunun tətbiq olunmasına başlanılır... İsrailin müdafiə naziri Katzın göstərişi ilə Mərkəzi Hərbi Dairəsinin komandanı, general-mayor Avi Blot qanunun müddəalarına uyğun olaraq Yəhudeya və Samariyada (İordan çayının qərb sahilində İsrailə aid inzibati-ərazi vahidi) terrorçulara ölüm hökmünün tətbiq edilməsinə imkan verən fərmana düzəliş imzalayıb”, - deyə məlumatda qeyd edilir.

Nazirlikdən bildirilib ki, həmin qanun İsrailin siyasətində açıq və birmənalı dəyişikliyi əks etdirir və bu, 7 oktyabr 2023-cü ildə Fələstinin HƏMAS hərəkatının hücumuna cavabdır.

Seçilən
22
cebheinfo.az

1Mənbələr