Faciənin qurbanları arasında yetkinlik yaşına çatmayan da var. Hüquq-mühafizə orqanları cinayətkarları tapmağa çalışır.
Meksikanın Puebla ştatında silahlı hücum baş verib, nəticədə bir uşaq da daxil olmaqla on nəfər ölüb. Reuters bu barədə ştatın İctimai Təhlükəsizlik Nazirliyinin açıqlamasına istinadən məlumat yayıb.
Nazirliyin məlumatına görə, hadisə bazar günü Tehuitzingo bələdiyyəsində baş verib. Ölənlər arasında altı kişi, üç qadın və bir uşaq var.
Yerli hakimiyyət orqanları federal qurumlarla əməkdaşlıq çərçivəsində hazırda genişmiqyaslı əməliyyat keçirir. Hüquq-mühafizə orqanlarının əməkdaşları hücum edənləri tapmaq və motivi müəyyən etmək üçün lazımi məlumatları toplamaq üçün fəal şəkildə çalışırlar.
Daha əvvəl Meksikanın Salamanka şəhərində futbol matçından dərhal sonra bir qrup silahlı şəxsin insanlara atəş açdığı bildirilmişdi. Hadisə nəticəsində 11 nəfər ölüb, 12 nəfər yaralanıb.
Əziz MUSTAFA