AZ

AQC rəhbərliyi Mingəçevir Dövlət Universitetində konfransda çıxış edib FOTOLAR

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının (BMT) ən nüfuzlu tədbirlərindən biri – Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Mingəçevir Dövlət Universitetində (MDU) elmi-praktiki konfrans təşkil olunub. Tədbirdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) rəhbər heyəti müəllim-tələbə heyəti qarşısında aktual mövzularla bağlı məruzələrini təqdim ediblər.Konfransın moderatoru, universitetin İqtisadiyyat kafedrasının müdiri, i.e.f.d., dosent Zivər Zeynalova bildirib ki, Beynəlxalq Forum ölkəmizin şəhərsalma siyasəti və memarlıq ənənələrinin inkişafı baxımından strateji əhəmiyyət kəsb edir.Elm və innovasiya məsələləri üzrə prorektor, i.e.f.d., dos. Natəvan Namazova Mingəçevir Dövlət Universitetində təşkil olunan bu konfrasda iştiraka görə AQC rəhbərliyinə təşəkürünü bildirib.AQC İdarə Heyətinin sədri, iqtisadçı-ekspert Vüqar Oruc “Şəhərsalma, smart infrastruktur və əmlak bazarının gələcəyi: enerji effektiv binaların qiymətləndirilməsi, urbanizasiya prosesində innovativ yaşayış modelləri və investor gözləntiləri” mövzusunda məruzə edib. O, müasir şəhərsalma prosesində enerji effektivliyinin iqtisadi qiymətləndirilməsinə yeni yanaşmaların zəruriliyini qeyd edib. V.Oruc vurğulayıb ki, “smart” infrastruktur layihələri əmlak bazarında dəyər artımını stimullaşdıran əsas amillərdən biridir və investorların qərarlarına birbaşa təsir göstərir.AQC İdarə Heyəti sədrinin müavini Nail Həşimov “FutureProof Housing və biznes qiymətləndirilməsinin yeni dövrü” mövzusunda çıxış edərək, mənzil təminatında davamlılıq prinsiplərinin biznesin qiymətləndirilməsinə inteqrasiyasından bəhs edib. O, gələcəyin risklərinə cavab verən yaşayış modellərinin həm kommersiya, həm də sosial baxımdan effektivliyini təhlil edərək, bu sahədə peşəkar standartların tətbiqi məsələlərinə toxunub.Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis, biznes-analitik, AQC İdarə Heyəti sədrinin müşaviri Asif İbrahimov “FutureProof Housing: Beynəlxalq standartlar gələcəyin şəhərlərini necə formalaşdırır?” mövzusunda təqdimatla çıxış edib. Məruzəçi beynəlxalq idarəetmə standartlarının şəhərsalma arxitekturasında oynadığı rolu diqqətə çatdırıb. Bildirilib ki, qlobal standartların yerli mühitə adaptasiyası şəhərlərin daha sistemli və təhlükəsiz idarə olunmasına şərait yaradır.Tədbirin yekununda universitetin akademik heyəti və tələbələr tərəfindən ünvanlanan suallar cavablandırılıb. Qeyd olunub ki, Beynəlxalq Forum çərçivəsində keçirilən bu görüşlər elmi biliklərin praktiki təcrübə ilə əlaqələndirilməsi və gənc kadrların müasir trendlərlə tanış olması məqsədi daşıyır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
8
demokrat.az

9Mənbələr