O əlavə edib ki, tərəfdaş növünə görə təşkilatlara nəzər salınarsa, onlardan 15-i akademiya və tədqiqat müəssisələri, ən böyük sayda – 136-sı vətəndaş cəmiyyəti nümayəndələri, 44-ü özəl sektor (o cümlədən 14 startap), milli hökumətlərə aid 41 pavilyon, 10 dövlət sektoru şirkəti və 6 yerli və regional hökumət nümayəndəsidir: "Urban Expo"da 1 500 kvadratmetrlik sahədə layihələndirilmiş Azərbaycan pavilyonu bizim irsimizi, şəhərsalma yolumuzu, turizm cəlbediciliyimizi və Qarabağ ilə Şərqi Zəngəzurda həyata keçirilən irimiqyaslı yenidənqurma layihələrini nümayiş etdirəcək. Pavilyon Azərbaycanın şəhər transformasiyası səyahətini təqdim edərək, "insanlarla birlikdə baxışdan fəaliyyətə" konsepsiyası əsasında hazırlanıb. WUF13-də biz həm Azərbaycanın töhfəsini, həm də forumun inkişaf edən ruhunu əks etdirən yeni təşəbbüsləri təqdim etməkdən qürur duyuruq. WUF13-ün əsas fərqləndirici xüsusiyyəti onun güclü, yüksək səviyyəli siyasi fəallığı olacaq".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta