AZ

Pentaqon İrana qarşı yeni plan hazırladı – CNN


ABŞ Prezidenti Donald Tramp həftəsonu milli təhlükəsizlik komandası ilə ABŞ-nin İranla bağlı mümkün gələcək addımlarını müzakirə etmək üçün görüş keçirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, görüş Amerika liderinin Virciniyadakı qolf klubunda baş tutub.
İştirak edənlər arasında vitse-prezident C.D. Vens, dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uittkoff da olub.
Telekanal bildirir ki, Trampın hərbi əməliyyatları bərpa etmək qərarına gələcəyi təqdirdə Pentaqon İrana qarşı bir neçə zərbə planı hazırlayıb.
CNN-in məlumatına görə, hədəflər siyahısına İranın enerji obyektləri və infrastrukturu daxildir.
Seçilən
4
4
yeniavaz.com

7Mənbələr