AZ

Astanada  Qzıl Orda mövzusuna həsr olunan simpozium  keçiriləcək

Qazaxıstanın paytaxtı Astanada 18–21 may 2026-cı il tarixlərində Qızıl Orda (Altın Orda) mövzusuna həsr olunmuş beynəlxalq simpozium keçiriləcək.

Publika.az xəbər verir ki, simpozium çərçivəsində xarici media nümayəndələri üçün press-tur təşkil olunacaq.

Press-tur çərçivəsində mayın 18-də iştirakçılar Astananın əsas mədəni və tarixi məkanlarını ziyarət edəcəklər. Proqrama Qazaxıstanın Milli Muzeyinə, “AlemAI Sinqulyarlıq” Muzeyinə, “Bayterek” abidəsinə və Respublikanın baş məscidinə səfər daxildir.

Simpoziumun rəsmi açılışı mayın 19-da Müstəqillik Sarayında baş tutacaq. Tədbir çərçivəsində “Altın Orda”nın etnosiyasi tarixi, irsinin müasir əhəmiyyəti, Böyük İpək Yolu boyunca mədəni əlaqələr, həmçinin maddi və mənəvi irs məsələləri müzakirə ediləcək.

Sessiyalar Nazarbayev Universitetində davam etdiriləcək. Burada tarix, arxeologiya, diplomatiya, iqtisadi sistemlər və mənbəşünaslıq sahələri üzrə müzakirələr aparılacaq.

Seçilən
1
5
publika.az

10Mənbələr