Mütləq Döyüş Çempionatının (UFC) iki çəki dərəcəsində sabiq çempionu Konor Makqreqor karyerasını bərpa edib.
Apasport.az xəbər verir ki, irlandiyalı döyüşçü 11 iyulda "UFC 329" turnirində Maks Holloveylə qarşılaşacaq.
Döyüş ABŞ-nin Las-Veqas şəhərindəki “T-Mobile Arena”da keçiriləcək.
Mübarizə hər iki idmançı üçün fərqli çəkidə baş tutacaq. Onlar yarımorta çəkidə üz-üzə gələcəklər.
Bu, tərəflərin UFC-də ikinci döyüşü olacaq. Onların 2013-cü ildə baş tutan qarşılaşmasında Makqreqor qalib gəlib.
Açıq Avropa Çempionatında “Neftçi”nin idmançılarından böyük uğur
Çimaev kəməri itirdi: İLK MƏĞLUBİYYƏTİNİ ALDI
UFC Azərbaycan: Biletlər satışa çıxır
UFC: Çimaevlə Striklendin döyüşü erkən başladı - VİDEO
Topuriadan Trampa: "DOSTUNUZA NİYƏ BELƏ AĞIR DÖYÜŞ VERMİSİNİZ?"