AZ

İran bu müsəlman ölkəsinə HÜCUM ETDİ

Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri İran tərəfindən buraxıldığı bildirilən üç hücum PUA-sını ələ keçirib.

 

Azia.az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi məlumat yayıb.

 

“Səudiyyə Ərəbistanının hava məkanına daxil olduqdan sonra üç PUA ələ keçirilərək məhv edilib”, - açıqlamada deyilir.

 

Nazirliyin sözçüsü general-mayor Turki Al-Malikinin bildirdiyinə görə, PUA-ların İraq ərazisindən buraxıldığı ehtimal olunur.

 

O əlavə edib ki, Səudiyyə Ərəbistanı “uyğun vaxtda və yerdə cavab vermək hüququnu özündə saxlayır” və ölkənin suverenliyi və təhlükəsizliyinə qarşı cəhdlərin qarşısını almaq üçün bütün zəruri tədbirləri görəcək.


Seçilən
8
3
azia.az

8Mənbələr