AZ

Millimiz Avropa ikincisi oldu

Bolqarıstanın Samokov şəhərində keçirilən U17 Avropa çempionatına yekun vurulub.

Apasport.az xəbər verir ki, sərbəst güləş üzrə millimiz uğurlu çıxış edərək 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Yekunda 156 xal toplayan yığmamız çempion olan Rusiyadan cəmi 7 xal geri qalmaqla komanda hesabında Avropa ikincisi olub. Gürcüstan 124 xalla ilk "3-lüy"ü qapayıb.

Xatırladaq ki, böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov, Yaşar Əliyev və Allahverdi Vəliyevin rəhbərliyi altında Hüseyn Rzazadə (48 kq), İbrahim Həsənov (51 kq) və Nihad Süleymanlı (80 kq) Avropa çempionu olub. Rəşid Nazarov (65 kq) gümüş, Tunar Həsənov (45 kq), Abbas Şəfiyev (55 kq) və Hakim Tağıyev (110 kq) isə bürünc medal qazanıb.

İki güləşçimiz Avropa çempionatının finalında

Güləşçilərimiz Dünya Seriyasının ilk mərhələsini 4 medalla başa vurub

Güləş üzrə muxtar respublika birinciliyində qaliblər müəyyənləşib - FOTO

28 güləşçimiz Avropa çempionatında iştirak edəcək

Dörd güləşçimiz Dünya Seriyasında çıxış edəcək

Seçilən
13
13
apasport.az

10Mənbələr