AZ

"Şəhərsalma siyasətində gender yanaşması vacibdir" -

“Şəhərlər heç vaxt gender baxımından neytral olmayıb. Əgər gender bərabərliyinin real gücünü ortaya çıxarmaq istəyiriksə, ilk növbədə bunu qəbul etməliyik”.Metbuat.az xəbər verir ki, bu fikirləri Mavriki Respublikasının 6-cı və ilk qadın prezidenti, biomüxtəliflik alimi, müəllif və qlobal məsləhətçi Ameenah Gurib Fakim deyib. O bildirib ki, tarix boyu şəhərlər əsasən kişilərin ehtiyacları əsasında planlaşdırılıb və nəticədə qadınların, qızların və digər həssas qrupların gündəlik həyat təcrübələri çox vaxt nəzərdən kənarda qalıb.Keçmiş prezidentin sözlərinə görə, zəif işıqlandırılmış küçələr, gecə saatlarında ictimai nəqliyyatdan istifadə zamanı yaranan təhlükəsizlik narahatlığı, eləcə də nəqliyyat çatışmazlığı səbəbindən qadınların iş həyatında qarşılaşdığı məhdudiyyətlər şəhərsalma siyasətində gender yanaşmasının vacibliyini açıq şəkildə göstərir.

Gülbeniz Hüseynli / Metbuat.az

Seçilən
32
metbuat.az

1Mənbələr