AZ

Bir gözünü itirən, keçmiş əri tərəfindən güllələnən müğənni Kədər qadını nın acı taleyi

Baku.ws saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Əsl adı Belgin Sarılmışer olan Bergen 15 iyul 1959-cu ildə Mersində anadan olub və "kədər qadını" kimi tanınıb.

BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, Bergen gənc yaşlarından musiqi ilə məşğul olub, əvvəlcə Ankara Dövlət Konservatoriyasında təhsil alıb, lakin maddi çətinliklər səbəbindən oxumağı yarımçıq qoyub.

1979-cu ildə klub səhnəsində çıxışı ilə diqqət çəkib və musiqi karyerasına başlayıb.

Sevgilisi Halis Serbestlə münasibəti zorakılıqla müşayiət olunub. O, Bergenin üzünü yandıraraq bir gözünü itirməsinə səbəb olub.

Bergen 1985-1986-cı illərdə "İnsan sevərsə" və "Acıların qadını" albomları ilə milyonluq satışa nail olub və böyük şöhrət qazanıb.

1989-cu ildə keçmiş əri tərəfindən güllələnərək öldürülüb, anası isə yaralanıb. Cinayətkarın cəzası isə sonradan yeddi aya endirilib.

Bergenin məzarı təhlükəsizlik məqsədilə altı kilidli qəfəslə qorunur. Sənətçi 31 illik həyatına 17 albom, 129 mahnı və bir film sığdırıb.

Onun həyatı və faciəli ölümü Türkiyədə qadınlara qarşı zorakılığın simvoluna çevrilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
baku.ws

1Mənbələr