AZ

Qızıl və gümüş UCUZLAŞDI

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Nyu-Yorkun COMEX əmtəə birjasında qızıl fyuçerslərinin qiyməti (İyun ayında çatdırılma - Qeyd) 30 mart 2026-cı ildən bəri ilk dəfə troya unsiyası üçün 4500 dollardan aşağı düşüb.

Qızılın qiyməti 1,43% azalaraq 1 troy unsiyası üçün 4496,7 dollar olub.

Yaxın Şərqdəki münaqişənin tam bitməməsi səbəbindən neft qiymətlərinin bahalaşması, inflyasiyanın artacağı ilə bağlı narahatlıqlar, faiz dərəcələrinin daha uzun müddət yüksək qalacağına dair gözləntilərin qızılın qiymətinə mənfi təsir edəcəyi ehtimal edilir.

Bundan başqa gümüş fyuçerslərinin qiyməti də 5 may 2026-cı ildən bəri ilk dəfə olaraq troy unsiyası üçün 75 dollardan aşağı düşüb. Belə ki, gümüşün qiyməti 4,14% azalaraq troy unsiyası üçün 74,33 dollara satılıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
57
8
cebheinfo.az

9Mənbələr