AZ

Azərbaycanlı zəvvarlar Məkkə şəhərinə çatıblar

Sherg.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ötən gün həcc ziyarətinə yollanan zəvvarlar Məkkə şəhərinə çatıblar.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

"Ümumilikdə 180 nəfər zəvvar Məkkəyə çatıb. Yarım saat hoteldə dincəldikdən sonra Kəbəyə yola düşəcəklər. Orada "Ümreyi Təməttö"nün ehramdan başqa qalan əməllərini yerinə yetirəcəklər. Bununla da ehramdan çıxmış hesab edilirlər. Yəni ərəfə gününədək Kəbəyə gediş-gəliş sərbəst olacaq", - Vüsal Cahangiri bildirib.

Vüsal Cahangiri qeyd edib ki, Qurban bayramından iki gün öncə böyük həcc ziyarəti başlayacaq.

Qeyd edək ki, üçüncü və dördüncü zəvvar təyyarələri bu gün Azərbaycandan yola düşəcəklər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
9
sherg.az

10Mənbələr