AZ

ABŞ-Çin münasibətləri qlobal sabitliyə töhfə verməlidir - Yaponiya

ABŞ-Çin münasibətləri qlobal sabitliyə töhfə verməlidir - Yaponiya

ABŞ və Çin arasındakı ikitərəfli münasibətlər beynəlxalq birliyin sabitliyinə xidmət etməlidir.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara jurnalistlərə açıxlama sında bildirib.

"Hesab edirik ki, ABŞ-Çin əlaqələrinin Yaponiya da daxil olmaqla, beynəlxalq birliyin sabitliyinə töhfə verməsi olduqca vacibdir", — deyə baş katib ABŞ prezidenti Donald Tramp ilə Çin Xalq Respublikasının sədri Si Cinpin arasında yenicə baş tutmuş danışıqları şərh edərkən qeyd edib. Mövzu ilə bağlı daha ətraflı şərh verməkdən çəkinən Kihara, rəsmi Tokionun Vaşinqtonla mövcud olan güclü etimada əsaslanan münasibətlərinə arxalanaraq, Pekindən beynəlxalq arenada "öz mövqeyinə uyğun məsuliyyətli addımlar" atmasını tələb etməyə davam edəcəyini vurğulayıb.

Xatırladaq ki, Donald Tramp mayın 13-dən 15-nədək Çində rəsmi səfərdə olub. ABŞ Prezidenti bu səfəri "son dərəcə uğurlu" adlandırıb və tərəflərin bir çox mühüm məsələni həll etməyə nail olduğunu bəyan edib.

Seçilən
59
afn.az

1Mənbələr