AZ

Qorxmaz Hüseynov Özbəkistanda böyük biznes qurub – Qaynı ilə birlikdə…

Keçmiş ‘Azərsu” ASC-nin rəhbəri Qorxmaz Hüseynov qaynı Namiq Cəbrayılovun vasitəsilə Özbəkistanda özübə biznes qurub. 

Bu barədə jurnalist Cavanşir Həsənli məlumat verib.

Qorxmaz Hüseynovun vəzifəsindən uzaqlaşdırılmasından 2 il sonra, yəni 2023-cü il avqustun 3-də Namiq Cəbrayılov Daşkənddə 60 faiz pay hüququ ilə “ROSWELL CAPITAL” Məhdud Məsuliyyətli Cəmiyyəti (“ROSWELL CAPITAL” mas`uliyati cheklangan jamiyati xorijiy korxona) təsis edib.

4 382 307 700,00 özmək somu nizamnamə kapitalı ilə təsis edilən şirkət Daşkənddə bina tikintisi ilə məşğul olub.

Həmin ilin oktyabrında Qorxmaz Hüseynovun qaynı Azərbaycanda rəhbəri olduğu “HİDRO İNŞAAT SERVİS” MMC şirkətinin təsisçiliyi ilə Daşkənddə daha bir şirkə təsis edib. 22 190 960 500,00 son nizamnamə kapitalı ilə qeydiyatdan keçmiş “URDC” xarici şirkət statusu ilə  (“URDC” MCHJ xorijiy korxona) yaşayış binalarının tikintisinə başlayıb.

//Bizimesr.com

Seçilən
4
2
editor.az

4Mənbələr