AZ

Çin "SpaceSail" rabitə peyklərinin doqquzuncu qrupunu orbitə çıxardı

Çin "Shanghai Spacesail Technologies" şirkətinin "SpaceSail" qütb orbitli rabitə peyklərinin doqquzuncu qrupunu uğurla buraxıb. "Xinhua" agentliyinin məlumatında deyilir ki, 18 internet peykinin buraxılışı bazar günü gecəyə doğru Vençan kosmodromunun (cənubdakı Xaynan əyaləti) kommersiya meydançasından CZ-8 ("Çançjen-8") daşıyıcı raketi vasitəsilə həyata keçirilib.

Başlığının diametri 4 metr olan yeni nəsil maye yanacaqlı üçpilləli CZ-8 raketinin uzunluğu 50 metrə çatır. O, aşağı Yer orbitinə 7,6 tona qədər (keçid geostasionar orbitə - 2,5 tona qədər) faydalı yük çıxarmaq qabiliyyətinə malikdir.

Mətləb

Seçilən
1
4
sia.az

5Mənbələr