AZ

Al Baraka Azerbaijan könüllüləri Qurban bayramı ilə əlaqədar yeni layihəyə start verib

BAKI,TurkicWorld

Qurban bayramı münasibətilə həyata keçirilən humanitar layihələr çərçivəsində müxtəlif ölkələrdə yaşayan ehtiyac sahibi ailələrə dəstəyin göstərilməsi məqsədilə yeni təşəbbüsə start verilib.

TurkicWorld xəbər verir ki, Al Baraka Azerbaijan könüllüləri 2026-cı il Qurban bayramı münasibətilə qurban layihələrinin icrasına başlayıb. Layihələr çərçivəsində qurban əmanətləri Afrika, Asiya, Qəzza və Yəmənin müxtəlif bölgələrində yaşayan ehtiyac sahibi ailələrə çatdırılacaq.

Məlumata görə, layihənin əsas məqsədi uzun müddətdir qida çatışmazlığı ilə üzləşən ailələrə dəstək göstərmək, eyni zamanda bayram günlərində sosial həmrəyliyin və paylaşma ənənələrinin gücləndirilməsinə töhfə verməkdir.

Bildirilib ki, qurbanların kəsimi və paylanması prosesi tam şəffaf qaydada həyata keçiriləcək. Layihənin bütün mərhələləri üzrə foto və video hesabatların təqdim olunması nəzərdə tutulur. Qurban əmanətlərinin isə məsuliyyət və etibar prinsiplərinə uyğun şəkildə birbaşa ünvanlara çatdırılması təmin ediləcək.

Qeyd olunub ki, həyata keçirilən təşəbbüslər yalnız humanitar yardım xarakteri daşımır. Layihələr eyni zamanda dünyanın müxtəlif bölgələrində yaşayan insanlara mənəvi dəstək göstərilməsi və ümid mesajının çatdırılması məqsədini daşıyır.

Qeyd edək ki, Al Baraka Azerbaijan könüllüləri son illərdə müxtəlif ölkələrdə həyata keçirdikləri sosial və humanitar layihələr vasitəsilə minlərlə ailəyə dəstək göstərib.

Seçilən
97
turkic.world

1Mənbələr