AZ

İran Xameneinin ABŞ ilə danışıqlarda iştirak etdiyi açıqlayıb

Vaşinqtonla danışıqlar prosesində birbaşa iştirak edən nümayəndə heyəti İran rəhbərliyinin tam nəzarəti altındadır və ali rəhbər Müctəba Xameneinin təsdiqi ilə fəaliyyət göstərir.

"Report" xəbər verir ki, bunu ali rəhbərin İslam İnqilabı Keşikçiləri Korpusundakı (SEPAH) nümayəndəsi Abdullah Hacı Sadeqi bildirib.

"Amerika nümayəndələri ilə danışıqlar yüksək vəzifəli məmurlarımızın tam nəzarəti altında aparılır və ali rəhbərin dəstəyindən asılıdır", - deyə o əlavə edib.

Seçilən
39
5
far.az

7Mənbələr