AZ

BƏƏ PUA hücumlarına məruz qaldı

Bu gün Birləşmiş Ərəb Əmirlikləri üç pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb. PUA-ların ölkənin qərb sərhədləri istiqamətindən daxil olduğu bildirilir.

Publika.az Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyinin bəyanatına istinadla xəbər verir ki, hava hücumundan müdafiə qüvvələri PUA-ların ikisini uğurla zərərləşdirə bilib. Bir PUA Əbu-Dabinin Zafra bölgəsindəki Baraka Atom Elektrik Stansiyasının yaxınlığındakı elektrik generatoruna dəyib, nəticədə yanğın baş verib.

Müdafiə Nazirliyi insidentlə bağlı araşdırmaların davam etdirildiyini, hücumların mənbəyinin müəyyənləşdirilməsi istiqamətində tədbirlərin görüldüyünü bildirib. Qeyd olunub ki, araşdırmalar başa çatdıqdan sonra əlavə məlumat ictimaiyyətə təqdim ediləcək.

Seçilən
13
16
publika.az

10Mənbələr