AZ

Koçəryan sərsəmlədi: “Mənə mane oldular”

Bakivaxti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ermənistanın sabiq prezidenti Robert Köçəryan 44 günlük müharibənin ilk günlərindən vəziyyətin ağır nəticələnəcəyini anladığını və prosesə müdaxilə etməyə çalışdığını bildirib.

Bakıvaxtı.az Musavat.com-a istinadən xəbər verir ki, “Ermənistan” blokunun lideri seçkiqabağı təşviqat zamanı Çarentsavanda çıxışı zamanı deyib ki, müharibənin üçüncü-dördüncü günündən cəbhədə baş verənlərin yaxşı sonluqla bitməyəcəyi ona aydın olub. Onun sözlərinə görə, vəziyyətin həlli üçün bütün əlaqələrindən istifadə etmək niyyətində idi.

Köçəryan iddia edib ki, həmin dövrdə ölkədən çıxışına məhdudiyyət qoyulmuşdu. Daha sonra məhkəmə tərəfindən ölkədən çıxış üçün icazə verildiyini deyən sabiq prezident bildirib ki, koronavirus səbəbindən test verməli olub.

Onun sözlərinə görə, COVID-19 testinin nəticəsi müsbət göstərilsə də, sonradan aldıqları 4-5 ekspress testin hamısı mənfi nəticə verib.

Köçəryan hakimiyyəti onu müharibənin dayandırılması istiqamətində fəaliyyət göstərməsinə mane olmaqda ittiham edib və əlaqələri vasitəsilə prosesə təsir imkanlarının qarşısının alındığını bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
5
bakivaxti.az

6Mənbələr