AZ

Qalibaf: Regionun bəzi ölkələri ABŞ-ın müdafiəsinə ümid edirdi, lakin əksi oldu

Qalibaf: Regionun bəzi ölkələri ABŞ-ın müdafiəsinə ümid edirdi, lakin əksi oldu

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Pakistanın daxili işlər naziri ilə görüşündə bildirib ki, regiondakı son hadisələr ABŞ-ın mövcudluğunun təhlükəsizlik gətirmədiyini, əksinə, qeyri-sabitliyə şərait yaratdığını nümayiş etdirib.

AFN.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, spiker bəzi regional dövlətlərin Amerikanın hərbi varlığını özləri üçün müdafiə təminatı hesab etdiyini, lakin son proseslərin bunun əksini sübut etdiyini vurğulayıb. Qalibaf ABŞ və İsrailin region ölkələrinə yalnız təhdid və qeyri-sabitlik gətirdiyini qeyd edərək, son müharibə zamanı İrana göstərdiyi dəstəyə görə Pakistan hökumətinə və xalqına təşəkkür edib. O, rəsmi İslamabadın mövqeyinin Tehranda yüksək qiymətləndirildiyini və İranın ali lideri Ayətullah Əli Xameneinin münaqişə başlayandan sonra etdiyi ilk müraciətində Pakistanı xüsusi qeyd etdiyini bildirib. Tərəflər siyasi, iqtisadi, mədəni və təhlükəsizlik sahələrində, eləcə də parlamentlərarası əlaqələrdə əməkdaşlığın daha sürətlə inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Pakistanın daxili işlər naziri Möhsin Naqvi isə öz növbəsində danışıqlar zamanı İran tərəfinin milli maraqları qətiyyətlə qoruduğunu və eyni zamanda problemlərin sülh yolu ilə həllinə çalışdığını diqqətə çatdıraraq, Pakistan xalqının hər zaman İranın uğuru üçün dua etdiyini əlavə edib.

Seçilən
40
afn.az

1Mənbələr