AZ

Britaniyada müəllimə şagirdlərin gözü qarşısında öldü

Böyük Britaniyanın Vinçester şəhərində yerləşən "King's School Winchester" məktəbində müəllimə imtahan zamanı dünyasını dəyişib.

Ölkə.az oxu.az-a istinadən xəbər verir ki,, bu barədə "The Mirror" məlumat yayıb.

Təxminən 40 yaşı olan müəllimə imtahanın başlamasından bir neçə dəqiqə sonra huşunu itirib.

Hadisə yerinə tibbi helikopter, polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

Həkimlərin müdaxiləsinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.

Məktəb rəhbərliyi hazırda əsas məqsədin müəllimənin ailəsinə, həmçinin şagirdlərə və məktəb əməkdaşlarına psixoloji dəstək göstərmək olduğunu açıqlayıb.

Seçilən
0
7
olke.az

8Mənbələr