AZ

"Nottinghem Forest" rəhbərliyindən Vitor Pereiraya böyük etimad

İngiltərə Premyer Liqası təmsilçisi "Nottinghem Forest" klubun gələcək layihələrini cari baş məşqçi ilə davam etdirmək niyyətindədir.

Fanat.Az dünyaca məşhur jurnalist Devid Ornşteynə istinadən xəbər verir ki, rəhbərlik portuqaliyalı mütəxəssis Vitor Pereiraya olan inamını nümayiş etdirmək üçün ona uzunmüddətli yeni müqavilə təklif etməyə hazırlaşır.

Son zamanlar mətbuatda yayda komandada məşqçi dəyişikliyinin olacağı ilə bağlı müxtəlif şayiələr gəzsə də, klub rəhbərliyi və futbolçular portuqaliyalı çalışdırıcını tam şəkildə dəstəkləyir.

Seçilən
12
1
fanat.az

2Mənbələr