AZ

Aparıcı canlı yayımda “Kalaşnikov”dan atəş açdı - Video

İranda “Üfüq” televiziyasının aparıcısı canlı yayımda silahdan atəş açıb.
BUTA.TV”nun xəbərinə görə, hadisə odlu silah təliminə həsr olunmuş proqramın canlı efirində baş verib. Veriliş zamanı studiyada olan aparıcı və hərbi geyimli təlimatçı AK-47 (“Kalaşnikov”) avtomatının istifadəsi və atış qaydalarını nümayiş etdiriblər. Efir gedişində aparıcının studiyada nümayiş etdirilən Birləşmiş Ərəb Əmirliklərinin bayrağına atəş açdığı bildirilir. Təlimatçının rəhbərliyi ilə baş verən hadisə canlı yayımda izləyicilərə təqdim olunub. Hadisənin İranın müxtəlif televiziya kanallarında yayımlanan hərbi-təlim xarakterli proqram çərçivəsində baş verdiyi qeyd olunur. Bəzi iddialara görə, bu cür verilişlər ölkədə elan edilən könüllü hərbi hazırlıq kampaniyaları ilə əlaqələndirilir.
Seçilən
11
6
buta.tv

7Mənbələr