Kataloniya təmsilçisi "Barselona" hücum xəttini gücləndirmək məqsədilə transfer bazarına diqqətini yönəldib.
Fanat.Az "Daily Mail Sport" nəşrinə istinadən xəbər verir ki, "Barselona"nın idman direktoru Deko İngiltərə Federasiya Kubokunun (FA Cup) final matçını tribunadan canlı izləyib. Portuqaliyalı funksionerin Londona səfərinin əsas məqsədi "Çelsi"nin hücumçusu Joao Pedronun oyununu yerində analiz etmək olub. Lakin braziliyalı hücumçu turnirin həlledici matçında gözlənilən performansı nümayiş etdirə bilməyib. Belə ki, meydanda olduğu müddətdə cəmi 30 dəfə topa toxunan Pedro, qapıya doğru yalnız 1 qeyri-dəqiq zərbə endirib, rəqib cərimə meydançasında 3 dəfə topla buluşub və 0.06 xG (gözlənilən qol) əmsalı ilə yadda qalıb.