AZ

Afrikalı ekspert: Yaşıl enerji şəhərlərin davamlı inkişafı üçün vacibdir

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 17 may, AZƏRTAC

Müasir şəhərlərin inkişafında yaşıl enerjinin rolu çox böyükdür. Çünki üzləşdiyimiz problemlər, xüsusilə Afrika ölkələrində faydalı qazıntı yataqlarının az olduğu bir şəraitdə şəhərlərin davamlı inkişafı üçün yaşıl enerjinin əhəmiyyəti çox böyükdür.

Bu sözləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Afrikalı ekspert, “Huayrou” Komissiyasının Afrika üzrə Regional Koordinatoru Mino Harivelo Ramaroson deyib.

O bildirib ki, yaşıl enerji xüsusilə inkişaf etməkdə olan ölkələr üçün vacibdir. Onun sözlərinə görə, məsələn, Madaqaskarda tez-tez elektrik kəsintiləri baş verir və bu səbəbdən ənənəvi enerji mənbələrinin əvəzinə alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi zəruridir.

“Bakıda keçirilən bu forum şəhərsalma və davamlı inkişafla bağlı müzakirələrin aparılması üçün gözəl platformadır. Belə tədbirlər şəhərlərin inkişafı və innovativ yanaşmalar barədə fikir mübadiləsi aparmaq, yeni həll yolları tapmaq üçün də çox əlverişli mühit yaradır”, - deyə o əlavə edib.

Müxbir - Günel Alıyeva

Fotoqraf - İlkin Cavanşirov

Videooperator - Ceyhun Mustafayev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
2
azertag.az

3Mənbələr